3 May 2022 14:47
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu İrəvanda saxlanılıb.

Teleqraf.com xəbər verir ki, İrəvandakı Baqramyan prospektində polis xüsusi təyinatlıları Levon Köçəryanı etiraz aksiyasında iştirak edərkən saxlayıblar.

Levon Köçəryan saxlanılarkən yürüş iştirakçılarına “mübarizə davam edir” deyib.

Qeyd edək ki, bu gün səhər saatlarından İrəvanda 70 nəfər saxlanılıb.

Polisin mətbuat xidməti izah edib ki, həbslər Ermənistan İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi əsasında – polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda şübhəli bilinərək həyata keçirilib.

Ermənistan müxalifəti mayın 1-də ertəsi gündən etibarən “genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına” başlayacağını elan edib. Etirazçıların əsas tələbi ölkənin baş naziri Nikol Paşinyanın istefasıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər