Ermənistan İstintaq Komitəsi əsgər Argişti Yeqyanın ölümü ilə bağlı cinayət işi açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Məlumata görə, Yeqyan mayın 11-də xidmət keçdiyi N saylı hərbi hissədə ona təhkim olunmuş avtomdan özünə atəş açıb. Əsgərin hadisə yerində öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.