5 Sentyabr 2022 21:28
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan məhkəməsində 44 günlük vətən müharibəsində döyüş mövqeyindən qaçaraq gizlənmiş erməni komandir İşxan Vahanyanın işi üzrə proses keçirilib.

Teleqraf.com xəbər verir ki, məhkəmədə İşxanyanla xidməti münasibətdə olan şahid Haykaz Qriqoryan dindirilib.

O bildirib ki, Cəbrayıl istiqamətində gedən döyüşlərdə mühasirəyə düşüblər: "Qarşı tərəfdən topçular Hadrut istiqamətində atəş açırdı, Hadrut arxamızda, Cəbrayıl önümüzdə idi. Onlar Hadrut şəhərini atəşə tuturdu. İlk gecə normal keçdi, biz orada gecələdik, mövqe tutduq. Saat 12:00-da atəşkəs olacağı deyilsə də, döyüşlər qızışıb və türklər Xurhət dağını atəşə tutub. Onlar üç tərəfdən hücuma keçdi. Bir yol qalmışdı ki, geri qayıtmalı idik. Hücum baş verən zaman çoxlu yaralı var idi. Onlara yardım edilirdi. Vahanyan “yaralıyam” deyərək, maşına minib getdi. Bundan sonra biz mühasirəyə düşdük. Təxminən 4-5 saat çölə çıxa bilmədik, çünki yol yox idi, hara çıxdıqsa, bizim tərəfə atəş açırdılar. Rəhbərlərlə radio əlaqəmiz yox idi. Dağdan yan keçərək 65 hərbçi ilə blokadadan çıxa bildik. Sonra şəxsi heyət Hadrut hərbi hissəsinə aparılıb, daha sonra hərbi hissə düşmən tərəfindən vurulub”, - deyə şahid bildirib və əlavə edib ki, onların radiorabitə batareyasında da problem var.

Şahid prokurorun əməkdaşların mənəvi-psixoloji durumu ilə bağlı sualını cavablandırıb. “Heyət bacarıqsız idi, heç bir tapşırığı yerinə yetirə bilmirdi.
Vahanyanın tapşırığı var idi: oktyabrın 8-də tapşırıq qoyuldu, lazımi şəxsi heyətdən iki tağım Hadrutda erməni qəbiristanlığına getdi, biz orada mövqe tutduq, gecə vaxtı şəxsi heyətlə mühasirəyə düşdüm, itkilər və yaralılar oldu.

Prokurorun ekipaj hansı hərəkətləri edib sualına şahid cavab verib ki, həmin vaxt ekipaj türkləri vurub, lakin hücum o qədər güclü olub ki, həmin ərazidə qalmaq mümkün olmayıb. “Bizim çoxlu qurbanlarımız və yaralılarımız olub. Ekipaj hücumdan sonra dağıldı, izah edə bilmirəm. Xəsarət alanlar çox olduğundan onlara tibb işçiləri ilə köməklik etdik. Türklər artıq Xurhət dağının zirvəsinə qalxırdı, şəxsi heyəti geri çəkdik, yol ayrıcına çıxardıq, oradan meşəyə çəkildik, orada qalmaq mümkün olmadı, türklər atəş açırdılar”.

İttihama görə, İşxan Armeni Vahanyan 2020-ci ildə etdiyi ictimai təhlükəli əməlləri törətməkdə ittiham olunur. Oktyabrın 9-dan Müdafiə Ordusunun müvafiq hərbi hissəsinin 5-ci atıcı taborunun komandiri vəzifəsinə təyin olunaraq mayor rütbəsi ilə xidmətinə görə həmin taborun müvəqqəti və kiçik zabitlərinin bilavasitə rəisi olub.

İşxan Armeni Vahanyan ER Cinayət Məcəlləsinin 375-ci maddəsinin 4-cü hissəsi və 380-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər