29 Sentyabr 2022 20:27
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaxtilə Rusiya bizə yaxşı silahlar satıb. Özü də böyük məmnuniyyətlə. Nəyinki satıb, hətta pulsuz verib. Amma son illər niyə satmır, bunu Paşinyandan soruşun".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş İdarəsinin keçmiş rəisi Movses Akopyan “Maktinfo” saytına baş nazir Nikol Paşinyanın "Azərbaycan müxtəlif ölkələrin, hətta müttəfiqimizin Ermənistana silah verməsinin qarşısını almağa çalışır" fikirlərinə münasibət bildirərkən qeyd edib.

Paşinyan qeyd edib ki, elə hallar olub ki, silah alışına 100 milyon dollar ödənilib, lakin hətta müttəfiq ölkələr tərəfindən öhdəliklər yerinə yetirilməyib.

Akopyana görə, ölkələr münasibətləri və güvəndikləri siyasi qüvvələrə silah satırlar.


Müəllif: Teleqraf.com