Ermənistan hökuməti İran istehsalı pilotsuz təyyarələrinin alınması ilə bağlı Tehrana rəsmi müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın dini lideri Əli Xameneyinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi açıqlama verib.
Onun iddiasına görə, Ermənistanla yanaşı, 22 ölkə İran istehsalı dronların alınması ilə bağlı rəsmi müraciət ünvanlayıb.
“İran pilotsuz təyyarələrinin alınmasına namizəd ölkələrə Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələr daxildir”, - Səfəvi vurğulayıb.