Noyabrın 30-dan dekabrın 3-dək Qətərdə rəsmi səfərdə olacaq Ermənistan parlamentinin spikeri Alen Simonyan futbol üzrə dünya çempionatını stadiondan izləyəcək.
Teleqraf.com xəbər verir ki, Simonyan dünya çempionatının oyunlarından birinə baxmaq üçün Qətər parlamentinin rəhbərindən dəvət alıb.
Ərəb həmkarının dəvətini müsbət qarşılayan erməni spiker dünən bu ölkəyə yollanıb.