9 Dekabr 2022 18:28
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada işgüzar səfərdə olan Ermənistan müdafiə naziri Suren Papikyan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı iki ölkənin müdafiə nazirləri müdafiə nazirliklərinin 2023-cü il üçün əməkdaşlıq planını bir daha təsdiqləyiblər.

Şoyqu görüşdə Ermənistan ordusunun gücləndirilməsinin Rusiya üçün xüsusi önəm kəsb etdiyini deyib:

“Ermənistan KTMT-də bizim müttəfiqimiz və Cənubi Qafqazda strateji tərəfdaşımızdır. Regionda sabitliyin qorunmasında son dərəcə maraqlıyıq və bunun üçün maksimum səy göstəririk. İkitərəfli əməkdaşlığın inkişafına və Ermənistan Silahlı Qüvvələrinin potensialının gücləndirilməsinə xüsusi əhəmiyyət veririk”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər