29 Dekabr 2022 13:45
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın verdiyi son açıqlama parlamentdəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvlərini də təəccübləndirib”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Erməni nəşri Rusiya-Ermənistan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“Bu, “etibarlı mənbə” və ya adi bir şəxsin yox, aparılan danışıqlarla bağlı sirləri bilən yüksək vəzifəli dövlət adamının dilindən çıxır. O, dekabrın 26-da dedi ki, Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə, İttifaq Dövlətinə daxil olmağa məcbur edir və bu səbəbdən Laçın dəhlizini bağlayıb.

Parlamentin hakim fraksiyasından olan mənbəmiz bildirir ki, ötən həftə Nikol Paşinyanla Laçın dəhlizindəki vəziyyəti müzakirə etmək üçün qapalı görüş keçiriblər, amma Rusiyadan hər hansı təzyiq və İttifaq Dövləti ilə bağlı bir kəlmə də danışılmayıb. Mənbəmiz deyir ki, Belarus Prezidenti Lukaşenkonun açıqlamasını baş nazirin iştirakı ilə müzakirə ediblər.

Xatırladaq ki, Lukaşenko bir neçə ay əvvəl Ermənistanın geosiyasi seçimləri ilə bağlı kifayət qədər xoşagəlməz ifadələr işlətmişdi.

Belarus lideri həm İttifaq Dövləti, həm də gələcəkdə postsovet məkanında mümkün yeni inteqrasiyadan danışarkən Ermənistan haqda belə demişdi:

“Ermənistanın getməyə yeri yoxdur. Səncə, kiminsə onlara ehtiyacı var?”.

Hətta “Vətəndaş Müqaviləsi” fraksiyasının qapalı müzakirəsində belə bir təklif də səsləndi ki, bəlkə də İttifaq Dövlətinə qoşulmaq Ermənistanı xilas edə bilər, amma Paşinyan buna cavab vermədi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər