14 Yanvar 2023 21:40
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın “Daşnaksütyun” partiyasının Ararat vilayət komitəsinin üzvü Qarnik Manukyan həbs edilib.

Teleqraf.com xəbər verir ki, məlumatı erməni deputat Tadevos Avetisyan verib.

Deputat daşnakın məhkəmədə iki ay azadlıqdan məhrum edildiyini deyib.

Yanvarın 11-də Ermənistan polisi “Daşnaksütyun”un Ararat regional komitəsinin nümayəndəsi Gerasim Vardanyanın və həmin partiyanın digər üzvlərinin evlərində axtarışlar aparıblar. Artavazd Marqaryan və Qarnik Manukyan da daxil olmaqla 3 nəfər həbs edilib.

Həbs edilən daşnaklara zorakılıq, hədə-qorxu, şantaj, şəxsi əmlaka zərər vurma, zədələmə və ya mənimsəmə və sair kimi ittihamlar irəli sürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu