Dünən axşam saatlarında humanitar yardımın ikinci partiyası ilə dolu yük maşınları Marqara körpüsü ilə Ermənistan-Türkiyə sərhədini keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.
“Ermənistan zəlzələdən zərər çəkmiş şəhərlərə humanitar yardım göndərməkdə davam edir”, - XİN sözçüsü bildirib.