Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də ABŞ-ın paytaxtı Vaşinqtona işgüzar səfərə gedəcək.
Teleqraf.com xəbər verir ki, səfər zamanı Təhlükəsizlik Şurasının katibi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək.
Görüşlərdə ABŞ-Ermənistan ikitərəfli əməkdaşlığı və bölgədəki durum müzakirə olunacaq.