Erməni aktivist Mika Badalyan bir qrup şəxslə Azərbaycanla sərhəddə yerləşən Kornidzor kəndinə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Badalyan sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, sərhədə yaxınlaşmağa erməni sərhədçilər imkan verməyib.
Qeyd edək ki, daha öncə Mika Badalyanın rəhbərlik etdiyi maşın kolonunun "Laçın" postuna doğru hərəkət etdiyini əks etdirən görüntülər yayılmışdı.