19 Avqust 2023 15:16
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 11-də Araratda N saylı hərbi hissədə intihar edən əsgər Qranik Xnkoyan narkotikdən istifadə edərkən zabit tərəfindən yaxalanıb, ona şillə vurub və xidməti araşdırmaya göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, xidməti araşdırma zamanı əsgər Qranik Xnkoyan narkotik vasitələri hərbi hissəyə kimin və ya kimlərin gətirdiyini və istifadə etdiyini açıqlayıb.

Mayorun silləsi əsgəri həyatına son qoymağa sövq edib, yoxsa onunla narkotik qəbul edən əsgər yoldaşları haqq-hesab tələb edib? Bunu demək çətindir”.

Dünən Ermənistan İstintaq Komitəsi intihar edən əsgər Qranik Xnkoyan və N saylı hərbi hissənin atıcı batalyonunun qərargah rəisinin müavini mayor A.T.-yə qarşı ittiham irəli sürüldüyünü açıqlayıb. Mayor A.T. hazırda ev həbsindədir, o, hərbçinin şərəf və ləyaqətinin alçaldılmasında, əsgər yoldaşlarının gözü qarşısında zorakılıq törətmək məqsədli davranışlara yol verməkdə ittiham olunur.

“Joqovurd” erməni ordusundakı biabırçı duruma da diqqət çəkib: “Hərbçilər hərbi hissələrdə narkotikdən istifadə edəndə Ermənistan hüquq-mühafizə orqanları, Hərbi Prokurorluq və Müdafiə Nazirliyi nə edirlər?”

Avqustun 10-11-də Araratdakı hərbi hissəsində iki çağırışçı - Jora Karapetyan və Qranik Xnkoyan həyatlarına son qoyub. Qəzetin yazdığına görə, Jora Karapetyan əsgər yoldaşları tərəfindən öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər