Ermənistan və Yunanıstanın müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, məsələ Ermənistan hökumətinin bugünkü iclasında müzakirə olunacaq.
Mümkün sazişə görə, Yunanıstan Ermənistanı sursat istehsalı üçün texniki vasitələrlə təmin etməlidir.
İmzalanması gözlənilən saziş silah, sursat və partlayıcı maddələrin istehsalı üçün texnologiya transferi və texniki dəstək, sursat istehsalı sahəsində məlumat və təcrübə mübadiləsi, hərbi təyinatlı mallar və onların istehsalı sahəsində tədqiqatların aparılması, birgə layihələrin hazırlanması kimi əməkdaşlıq sahələrini əhatə edəcək.