“Uzun illər arxalandığımız müttəfiqlərimiz göstərməyə çalışırlar ki, biz müstəqil dövlət ola bilmərik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir çıxışında ad çəkmədən eyhamla Rusiyanın ünvanına sərt ifadələr işlədib.
“Ermənistan müttəfiqlik öhdəliklərindən heç vaxt imtina və müttəfiqlərinə xəyanət etməyib. Amma hadisələrin təhlili göstərir ki, uzun illər arxalandığımız təhlükəsizlik sistemləri və müttəfiqlər qarşılarına bizim zəif cəhətlərimizi göstərmək və erməni xalqının müstəqil dövlətə malik olmasının mümkünsüzlüyünə haqq qazandırmaq vəzifəsi qoyublar”, - Paşinyan bildirib.