Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada keçirilən iclasda Azərbaycanın ərazisini tanıyan bəyannamə imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Şurasının saytında məlumat verilib.
“Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”, - deyə bəyannamədə bildirilib.