9 Oktyabr 2023 14:10
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfərini pisləyib.

Teleqraf.com xəbər verir ki, o, bunu “anti-Rusiya addımı” adlandırıb.

“Ermənistan baş nazirinin həyat yoldaşının Kiyevə səfəri və Ukrayna Prezidenti Vladimir Zelenski ilə təması, eləcə də Ermənistan parlamentinin sədri Alen Simonyanın ukraynalı həmkarı Ruslan Stefançukla təması nümayişkaranə addımlardır. Son vaxtlar İrəvan tez-tez Avropadan müxtəlif tipli qonaqları qəbul edir, onlar da İrəvandan müxtəlif tipli anti-Rusiya bəyanatları üçün platforma kimi istifadə edirdilər”, - Qaluzin deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər