9 Oktyabr 2023 23:32
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan teleqram kanallarına 50 mindən çox Ermənistan vətəndaş abunə olub.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan bildirib.

Onun sözlərinə görə, 2022-2023-cü illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 029 cinayət işi araşdırılıb, 1 063 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 287-si həbs edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi nəticəsində əldə edilən vəsaitin ümumi həcmi 3 milyard dramı (7,5 milyon ABŞ dolları - Qeyd) ötüb.

Araşdırmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 onlayn platforma müəyyən edilib.

Hesabat dövründə müstəntiqlər tərəfindən qadağan olunmuş maddələrin istehsal olunduğu laboratoriya avadanlığı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər