10 Oktyabr 2023 19:14
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlılarının Ermənistana köçürülməsinin əleyhinədir.

Teleqraf.com xəbər verir ki, Paşinyan bildirib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsə, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiya Federasiyasına qayıtmalıdırlar.

Nikol Paşinyan qeyd edib ki, Aİ-də Ermənistanla münasibətlərin dərinləşməsi ilə bağlı konsensus var.

O, həmçinin qeyd edib ki, Ermənistan “3+3” formatında görüş keçirməyə hazırdır, o vaxt növbəti görüşün Tehranda baş tutacağı barədə razılıq əldə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər