11 Oktyabr 2023 16:43
10 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Birliyində Nikol Paşinyana “bizim oğlan” deyirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan deyib.

“Burada - Strasburqda, Avropa qurumlarında Nikola “bizim oğlan” deyirlər, necə ki, vaxtilə Saakaşvili, indi isə Zelenskini belə çağırılır. Amma buradakılar çox yaxşı bilirlər ki, Nikol Ermənistanı avtoritar əyalətə çevirib. Əlbəttə, "oğlanlar"ı öz missiyasını başa vurduqdan sonra bu barədə açıq danışacaqlar, Nikol hakimiyyətinin avtoritar simasını göstərəcəklər”, - siyasətçi bildirib.

Zöhrabyan Ermənistan baş nazirinin Gürcüstan və Ukrayna liderlərinin taleyini yaşaya biləcəyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər