23 Oktyabr 2023 14:51
1 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ermənistanı ilk növbədə müdafiə silahları ilə təmin edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, bu günlərdə heç kim heç kimə hücum silahı verməyəcək: “Çünki hücum silahları fərqli hərbi konsepsiyanı diktə edir və bizim hərbi konsepsiyamız ilk növbədə müdafiə gücünü ehtiva edir”.

Köçəryan qeyd edib ki, Ermənistanda həll edilməli olan prioritet problemlərdən biri zenit müdafiəsidir.

Ermənistan müdafiə naziri Suren Papikyan dünən Fransaya gedib.

Bundan əvvəl Fransa müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Paris və İrəvan Ermənistana Fransa müdafiə silahlarının tədarükü haqqında saziş imzalayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər