Rusiya Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.
Rusiyanın Qafandakı baş konsulluğu Ermənistanda sayca ikinci olacaq.
Bundan əvvəl Rusiyanın Gümrüdə konsulluğu olub.