Rusiya Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Malta forumunda Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermakla görüşünü düzgün təsvir etmir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
“Bu, təhlükəsizlik katiblərinin platformasıdır. Deməzdim ki, bu, Ukrayna məsələsinə həsr olunmuşdu, daha geniş gündəliyi vardı. Hesab edirəm ki, belə kvalifikasiya reallığa uyğun gəlmir”, - Ovannisyan bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bundan əvvəl sözügedən görüşü “Ermənistanın nümayişkaranə anti-Rusiya jesti” adlandırıb.