Ermənistan müdafiə naziri Suren Papikyan BƏƏ-yə səfəri çərçivəsində həmkarı Məhəmməd Əhməd əl-Bovardi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistanın təhsil və təlim naziri Robert Xaçaturyan da iştirak edib.
Ermənistan və BƏƏ arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və hüquqi əsaslara söykənməsi üçün səy göstərməyə hazır olduqlarını bildiriblər.