28 Noyabr 2023 16:52
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Ermənistan arasındakı problemlər diplomatik yolla həll olunmalıdır. Bu, sabitliyin və iqtisadi inkişafın ən yaxşı yoludur”.

Teleqraf.com xəbər verir ki, bunu İranın Ermənistandakı səfirliyinin nümayəndəsi Məhəmməd Əsədi Mohavəd deyib.

Onun iddiasına görə, İranın Cənubi Qafqaza yönəlik siyasəti “sülh”ə yönəlikdir:

“İran Cənubi Qafqazın problemlərinin sülh və diplomatik yolla həllinə israrla davam edir, bu istiqamətdə fəal səylər göstərir. Cənubi Qafqaz faktiki olaraq həssas regiondur, bütün region ölkələrinin vahid yanaşmasını və yeni gərginlik mənbələrinin qarşısının alınmasına yönəlmiş səyləri tələb edir”.

İranlı diplomat absurd və gülünc bir iddia da irəli sürüb, elə İranın sülhdə maraqlı olduğunu deməsi kimi.

Mohavəd çıxışında Ermənistanla ölkəsi arasındakı “minillik əlaqə”dən danışıb:

“Yaxın Şərqdə ən uzun tarixə malik münasibətlər Ermənistanla İran arasındadır, bu, təxminən 4 min illik tarixə malikdir. Ermənistan və İranın tarixini bilməyimiz vacibdir. Bu, uzun əlaqə hekayəsidir, çoxqatlı əlaqədir. Ermənilər İrandan çox şey alıblar, eyni zamanda İrana da çox şey veriblər”.

Tarixi təhrif edən və açıq yalan danışan İran rəsmisinə məlum olmamış deyil ki, Ermənistan dövlət kimi 1918-ci ildə yaradılıb, həm də tarixi Azərbaycan ərazilərində. Ermənilərin bu bölgədə yerləşdirilmə tarixi də minillərə yox, 2-3 əsr əvvələ gedib çıxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər