21 Dekabr 2023 22:19
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.

Teleqraf.com xəbər verir ki, tərəflər KTMT-nin fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

KTMT-nin Baş katibi KTMT-nin noyabr ayında Minskdə keçirilmiş iclaslarının nəticələri barədə Mirzoyana məlumat verib.

Görüş zamanı Ararat Mirzoyan və İmanqali Tasmaqambetov bölgədəki vəziyyət, nəqliyyat və qarşılıqlı iqtisadi əlaqənin inkişafına yönəlmiş layihələr, o cümlədən "sülhün kəsişməsi" konsepsiyası barədə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər