"Azərbaycanla sülh müqaviləsi tezliklə reallığa çevriləcək"
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir-Abdallahianla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Azərbaycanla sülh üçün real imkan pəncərəsi gördüyünü deyən A.Mirzoyan vurğulayıb ki, əsas məqsəd münasibətləri normallaşdırmaq və sülhü bərqərar etməkdir.
“Biz prosesə və regionda davamlı sülhün bərqərar olmasına sadiqik. Danışıqlar bir neçə mərhələdə aparılır və hazırda konkret olaraq sülh sazişi layihəsi üzərində iş gedir. Bir neçə gün əvvəl Azərbaycandan növbəti təkliflər aldıq, öyrənib cavab verəcəyik, təkliflərimizi təqdim edəcəyik", - erməni nazir qeyd edib.