1 Fevral 20:42
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibəsində deyib.

"Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq", - Paşinyan bildirib.

Ermənistanın baş naziri qeyd edib ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni Konstitusiya lazımdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər