Ermənistanın təkcə Hindistan və Fransa ilə yox, həm də hərbi-texniki sahədə ciddi irəliləyişlər əldə etmiş digər ölkələrlə hərbi-texniki əməkdaşlıq və silah alınmasına dair çox ciddi razılaşmaları var.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin müavini Armen Xaçaturyan deyib.
Onun sözlərinə görə, müharibədən sonra silah alışı və hərbi-texniki əməkdaşlıq sahəsində boşluq yaranıb, amma bu məsələ qısa müddətdə öz həllini tapıb:
“Hər halda, bu gün artıq məlum olduğu kimi Hindistan, Fransa ilə hərbi-texniki əməkdaşlıq, silahların alınması ilə bağlı ciddi razılaşmalarımız var, deyə bilərəm ki, bu sahədə ciddi irəliləyişlər əldə etdiyimiz digər dövlətlərlə də müqavilələrimiz mövcuddur, aralarında böyük dövlətlər də var. Əlbəttə, bunu açıqlamayacam, amma təkcə Fransa və Hindistan deyil.
Ən müasir, ən azı dördüncü-beşinci nəsil sayıla biləcək silahlar alırıq. İstifadə edilmiş silahları almayacağıq”.