22 Fevral 11:46
5 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ermənistandan Rusiyanın əsas moderator olduğu Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmağı tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

“Ermənistan hakimiyyəti AİB bazarının ölkənin ixracı üçün xüsusi önəm kəsb etdiyini daim vurğulamasına baxmayaraq, bizdə olan məlumata görə, daxildə tamam başqa mövqe var. Mənbəmiz iddia edir ki, Nikol Paşinyan komandaya dəfələrlə eyham vurub ki, Qərbdən AİB-dən çıxmaq üçün açıq təzyiqlər var. Ermənistan baş naziri bu tələblərə sadəcə əl yelləməklə kifayətlənmir”, - məlumatda deyilir.

Nəşr yazır ki, Paşinyan sözügedən qurumdan çıxmaq üçün zəmin yaradır, cəmiyyəti bu gəlişməyə hazırlayır:

“Üstəlik, yaxın gələcəkdə nəinki yeni anti-Rusiya dalğası yaradacaqları, həm də ayrı-ayrı “qaynar ocaqlar”ı bu məntiqlə istiqamətləndirməyə çalışacaqları barədə məlumatlar var.

Həmsöhbətlərimizdən birinin dediyinə görə, dünən Martuni sakinləri tərəfindən Martuni-Qavar avtomobil yolunun bağlanması bu ssenariyə uyğunlaşdırılıb. Aksiyanın Ermənistan hakimiyyətinə qarşı təşkil edildiyi söylənilsə də, səsləndirilən tezislərin əksəriyyəti anti-Rusiya və anti-AİB idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər