23 Fevral 10:46
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) İsrailin bu ölkədəki səfiri Yoel Lyonun yanvarın 1-də terrorçu, nasist Qaregin Njde haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, XİN səfirə cavab vermək üçün bir aydan çox düşünüb.

Qaregin Njdenin doğum günündə bir qrup şəxs onun abidəsi önündə nasist simvollarından istifadə edərək aksiya keçirib. Bundan sonra Yoel Lyon X sosial şəbəkəsində yazıb ki, nasistlərin (Hitler Almaniyasının) şəriki Qaregin Njdenin təbliğ edilməsi yolverilməzdir, Ermənistan hakimiyyəti neonasizmə və antisemitizmin istənilən formasına qarşı qətiyyətli mövqe tutmalıdır. O, paylaşımında Ermənistan XİN-in səhifəsini də işarələyib.

Sorğu yerli mətbuatdan Ermənistan XİN-ə elə yanvarın 1-də göndərilsə də, qurum cavab üçün vaxt istəyib.

Nazirlik israilli diplomatın sözlərini “yolverilməz manipulyasiya” adlandırıb:

“Ermənistanda akkreditə olunmuş xarici diplomatlar ölkənin hökuməti və xalqına aidiyyəti olmayan təxribatlara cavab verməkdən çəkinməlidirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər