Aylar əvvəl Rusiya birbaşa olaraq Ermənistan əhalisini ölkədə çevriliş etməyə çağırıb, Moskvanın təbliğatı hələ də zəifləməyib.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“2023-cü ilin sentyabr və oktyabrında baş verən hadisələr zamanı Rusiyanın ən yüksək rütbəli nümayəndələri birbaşa Ermənistan vətəndaşlarını küçələrə çıxmağa və Ermənistanın seçilmiş, qanuni hökumətini devirməyə çağırıblar. Altı ildir Rusiya telekanalları Ermənistanın seçilmiş hökuməti və şəxsən mənə qarşı sistemli, ardıcıl və məqsədyönlü anti-təbliğat aparırlar. Edilməyən daha nə qalıb?”, - söyləyən Paşinyan Ermənistan-Rusiya münasibətlərinin institusional ənənələr çərçivəsində olduğunu vurğulayıb.