23 Fevral 22:12
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT üzvlüyünün dondurulduğunu bəyan etməsi Rusiyada yaxşı qarşılanmayıb.

Teleqraf.com xəbər verir ki, rusiyalı politoloq Modest Kolerov Ermənistan rəhbərinin məlum açıqlamasına sərt münasibət bildirib.

Onun sözlərinə görə, Paşinyan Ermənistanın KTMT-dən çıxması məsələsini mümkün qədər baha satmağa çalışır.

“Paşinyan Ermənistanın KTMT-dən qaçılmaz çıxışını Qərbə mümkün qədər baha satmağa və maksimum təzminat almağa cəhd göstərir. Amma hələ də kompensasiya alınmayıb”, - Kolerov deyib.

Rusiyalı politoloq vurğulayıb ki, Fransanın Ermənistana hava hücumundan müdafiə sistemləri vermək vədi sadəcə sözdür:

“Pulsuz olsa belə, çox tez işləməyəcək. Bir sözlə, Paşinyan bəla içindədir və nəticədə Ermənistan yardımsız qalacaq. Nəhayət, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər