İrəvanla Moskva arasında münasibətlər çətin dövrlərdən keçir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Çətin dövrdən keçirik. İrəvan Moskva ilə münasibətlərdə yanlış addımlar atmayıb və Rusiya heç bir öhdəliyi yerinə yetirməməkdə Ermənistanı günahlandıra bilməz. Ermənistan Rusiya ilə mübahisə etmək fikrində deyil", - deyə baş nazir bildirib.