1 İyun 15:33
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 9-dan bəri İrəvanda etiraz aksiyaları keçirən revanşistlər cəmiyyətdən dəstək ala bilmədiklərinə görə vətəndaş qarşıdurması yaratmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Lilit Minasyan deyib.

Deputat aksiyalara rəhbərlik edən keşiş Baqrat Qalstanyanı “şər” adlandırıb.

Onun sözlərinə görə, Baqrat və dəstəkçilərinin içləri o qədər nifrətlə doludur ki, xalqı toqquşdurmaq istəyirlər.

“Görünən budur ki, özlərini “haqq hərəkatı” adlandıranlar (revanşistlər) kifayət qədər dəstəyinin olmadığını görərək, küçədən evlərinə qayıtmağa haqq qazandırmaq üçün içi nifrət dolu kütləni qarşıdurmaya təhrik etməyə çalışacaqlar. Nifrəti təbliğ etməklə həmrəylik qurmaq mümkün deyil. Qıraraq düzəltmək, nifrətlə sevgi səpmək olmaz”, - Minasyan bildirib.

Qalstanyanın rəhbərlik etdiyi kütlə dünən Ermənistan Xarici İşlər Nazirliyinin önündə qarşıdurma yaradıb. Baqrat və dəstəsi içəri soxularaq xarici işlər naziri Ararat Mirzoyanla görüşmək istəsə də, məqsədinə nail ola bilməyib. Polis özlərini nəzarətsiz aparan aksiya iştirakçılarını saxlayıb. Qalstanyan dəstəsi ilə kilsəyə çəkilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər