20 İyun 12:31
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş Baqrat Qalstanyan rəhbərlik etdiyi hərəkat uğursuzluğa düçar oldu, artıq müxalifət yeni lider haqda düşünür.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Robert Qevondyan deyib.

Qalstanyanın “cəsarətli bəyanatlar”ına gəlincə, ekspert hesab edir ki, bunlar onu dəstəkləyən azsaylı insanlar arasında yaranmış məyusluğu düzəltmək məqsədi daşıyır:

“İyunun 12-də izdihamlı və həlledici mitiqn təşkil edə bilməyən Qalstanyan indi tərəfdarlarına nəsə göstərməyə çalışır. Dünənki mətbuat konfransından da göründü ki, müxalifətin baş nazirliyə namizədinin deyəcək sözü yoxdur. Baqrat hər dəfə gülməli vəziyyətə düşür.

Sifarişçilər də neqativ əhval-ruhiyyədədir və mövcud olmayan hərəkatın nəticələrindən narahatdırlar, ona görə də bu adam bacardığı qədər hərəkət etməyə çalışır. Siyasi və bütövlükdə reputasiyasını itirdiyi isə faktdır. Ola bilsin ki, müxalifətin artıq hərəkata yeni simaları cəlb etmək barədə düşünməsinin səbəbi budur”.

O ki qaldı yeni taktikaya, Qevondyan əmindir ki, müxalifət iqtidar dəyişikliyi ilə bağlı heç bir yeni plan irəli sürə bilməyəcək və mümkün cəhdlər yenə uğursuzluğa düçar olacaq, çünki hərəkat artıq məntiqi sona çatıb.

Politoloq vurğulayıb ki, uğursuzluqla nəticələnmiş hərəkatın təşkilatçısı “Daşnaksütyun”dur:

“Müxalifətin daxildə kifayət qədər ciddi problemlər var, bu, yeni deyil. Problemlər təkcə konkret hərəkətlər yox, həm də prinsiplərlə bağlıdır. Sərkisyan neytral mövqedədir, Köçəryan Rusiya ilə Qərb münasibətlərində qütbləşmə yolunu seçib. Bu üç qüvvə ilə hansısa hərəkətləri həyata keçirməyə cəhd etsələr, öz aralarında konsensus yarada bilmirlər və hakimiyyət uğrunda bir-biri ilə mübarizəyə başlayırlar. Əgər görsələr ki başqa bir qüvvə nəyəsə nail olur, o zaman dərhal qoşularlar. Heç bir şəraitdə başqa bir siyasi qüvvənin mübarizəyə nəzarət etməsinə imkan verməyəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər