6 İyul 17:48
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-24-də Ermənistanda keçiriləcək “Eagle Partner 24” adlı birgə hərbi təlimdə ABŞ ordusunun Ermənistan, Avropa və Afrikadakı hərbi qulluqçuları, eləcə də Kanzas Milli Qvardiyası iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Ordusunun Avropa və Afrikadakı komandanlığının mətbuat xidməti məlumat yayıb.

Xidmətin iddiasına görə, təlim Ermənistan və ABŞ-nin sülhməramlı əməliyyatlar aparmaq üçün kollektiv imkanlarına əsaslanacaq.

“Bu illər ərzində Kanzas Milli Qvardiyası Ermənistanla güclü əməkdaşlıq əlaqələri qurub. “Eagle Partner 24” kimi təlimlərdə erməni tərəfdaşlarımızla çiyin-çiyinə işləmək ölkələrimiz və hərbçilərimiz arasında etimad və dostluq yaradır”, - amerikalı general Maykl Venerdi deyib.

Avropa və Afrika məlum olsa da, ABŞ ordusunun Ermənistanda hərbi qulluqçularının olduğu ilk dəfə etiraf edilir. Görünür, ötən ilin sentyabrında təlim üçün (daha doğrusu, bu ad altında) Ermənistana gəlmiş Amerika hərbçiləri geri dönməyiblər. Bu baxımdan, yeni təlimlərə gələcək hərbçilərin də Ermənistanda qalacağını ehtimal etmək olar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər