Ermənistan parlamentinin deputatı Qurgen Arsenyanın səlahiyyətlərinə xitam verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, parlament sədri Alen Simonyanın imzaladığı protokola əsasən, qərar Arsenyanın istefa ərizəsi əsasında və qanuna uyğun olaraq qəbul edilib.
Xatırladaq ki, Ermənistan mediası Qurgen Arsenyanın sentyabr ayında Vaqarşak Arutunyanın yerinə Rusiyaya səfir təyin ediləcəyini yazıb.