6 Sentyabr 15:49
3 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları sentyabrın 7-də Sevanda (Göyçə) Baş nazir Nikol Paşinyanla qapalı görüş keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur” portalı məlumat yayıb.

“Hakim partiyadan saytımızda bildiriblər ki, xüsusi bir gündəm yoxdur, məzuniyyətdən sonra qarşıda duran vəzifələri müzakirə etmək üçün toplaşırlar. “Vətəndaş Müqaviləsi”ndən iclasda yalnız deputatlar iştirak edəcəklər.

Nikol Paşinyan parlamentin yeni sessiyası başlamazdan əvvəl komanda yoldaşlarına tapşırıqlar verir, rollar təyin edir və “isti payız”a hazırlaşır”, - məlumatda deyilir.

Ermənistanın radikal müxalifəti oktyabrda Paşinyan hökumətinə qarşı itaətsizlik aksiyalarına hazırlaşır. Təşkilatçı revanşist “Vətən naminə Tavuş” Hərəkatının lideri, keşiş Baqrat Qalstanyandır. Sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryanın rəhbərlik etdiyi partiyalar da artıq hərəkata dəstəklərini bəyan ediblər.

Baqrat hədəflərinin dəyişmədiyini deyib: Ermənistanda hakimiyyət dəyişikliyi. Ermənistan hökumətinə yaxın mənbələr revanşistlərin bu məqsədlə İrəvan və bölgələrdə qanlı təxribatlara gedəcəklərini yazırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər