6 Sentyabr 20:56
4 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin edilməsi funksiyası Ermənistan Respublikasına həvalə edilib.

Teleqraf.com "news.am"a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Nikol Paşinyan Yay Məktəbi dinləyicilərinin sualını cavablandırarkən deyib.

“Son vaxtlar regional kommunikasiyalarla bağlı müzakirələr aktivləşib. Bu günlərdə Rusiya Federasiyasının yüksək rütbəli məmuru bəyan edib ki, üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinin Rusiyanın Sərhəd Qoşunlarının qüvvələri tərəfindən təmin edildiyi qeyd olunub. Demək istəyirəm ki, üçtərəfli bəyanatda belə bir şey yazılmayıb. Açıq mətndir, hər kəs oxuya bilər. Əksinə, orada yazılıb ki, kommunikasiyaların təhlükəsizliyini Ermənistan təmin edir”, - Paşinyan bildirib.

O, həmçinin əlavə edib ki, 10 noyabr bəyanatının 9-cu bəndi bütün regional kommunikasiyaların açılması haqqındadır. "Burada kontekstdən kənar şərhlər təkcə faydalı deyil, həm də zərərlidir. Ermənistan hökuməti "Sülh yolayrıcı" layihəsini açıq və rəsmi şəkildə təqdim edib və əgər kimsə bu layihənin əleyhinədirsə, niyə buna qarşı olduqlarını izah etməlidir."

Qeyd edək ki, 10 noyabr bəyanatının 9-cu bəndində göstərilib: Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər