11 Sentyabr 22:14
4 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistanda “yumşaq güc”ünü artırır, hədəf ölkəni Rusiyadan uzaqlaşdırmaqdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr bildirir ki, ABŞ hökuməti Ermənistan üçün maliyyələşmə həddini iki dəfə artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb:

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistan nümayəndəliyinin məlumatına görə, İnkişaf Qrantı Müqaviləsinə bir nömrəli düzəliş imzalanıb. USAID qeyd edir ki, Ermənistanın dəyişən ehtiyaclarına, o cümlədən ölkənin üzləşdiyi son çağırışlar və geosiyasi dəyişikliklərə uyğun olaraq dəstək verəcəklər.

Məlumata görə, dəyişikliyin məqsədi Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına kömək etməkdir. Xüsusilə, pul hökumətə öz mülahizəsinə uyğun xərcləmək üçün verilməyəcək, Amerika tərəfi buna nəzarət edəcək. Bu çərçivədə loyal KİV-lərə (yeni kütləvi informasiya vasitələri də yaradılacaq) xeyli vəsait ayrılacaq.

Qərbin Ermənistanda Qərb dəyərləri və hekayələrini yaymaq, eləcə də Rusiyanın təsirini neytrallaşdırmaq üçün yumşaq gücündən istifadə etməsi mühüm əhəmiyyət kəsb edir. Bu proqram və yaxın gələcəkdə gözlənilən digər layihələr Ermənistan iqtisadiyyatını gücləndirməyə yox, ictimai şüuru dəyişdirməyə yönəlib.

ABŞ-ın Cənubi Qafqazda öz maraqları var. Daha az resursla ictimaiyyəti yönəltmək, bir neçə dəfə külli miqdarda pul yatırmaqla Ermənistan iqtisadiyyatının strukturunu dəyişməkdən daha asandır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər