Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda (ABŞ) BMT Baş Assambleyasının sessiyası çərçivəsində Fələstin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Həmsöhbətlər regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Mirzoyan və Mustafa “Ermənistan Respublikası ilə Fələstin Dövləti arasında diplomatik əlaqələrin qurulması haqqında” birgə kommünike imzalayıb.