ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsinin sənədində deyilir.
Rusiya ilə əlaqəsi olan 250 şəxs məhdudiyyətlərə məruz qalıb. Onların arasında Çin, Rusiya, Türkiyə və Almaniya vətəndaşları da var.
Sanksiyaya məruz qalanlardan biri Novosibirsk vilayətinin keçmiş qubernatoru Vasili Yurçenkodur.