14 Yanvar 14:28
269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamaq qərarı İrəvanın suveren qərarıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Dünən eşitmişəm ki, Ararat Mirzoyan Blinkenlə strateji tərəfdaşlıq sazişi imzalayacaq. Bu, iki dövlətin suveren qərarıdır”, - Rusiya rəsmisi qeyd edib.

Lavrovun sözlərinə görə, əsas məsələ kimin nəyi imzalaması və sənədin nə adlanması deyil, ondan nəyin çıxmasıdır:

“Qərb ölkələri ilə bir sıra müqavilələrdə də “strateji tərəfdaşlıq” terminologiyasından istifadə etmişik, amma bu müqavilələr strateji tərəfdaşlığı bəyan etməklə yanaşı, heç vaxt bu və ya digər iştirakçıdan üçüncü ölkəyə qarşı hərəkət etməyi tələb etmirdi”.

Xatırladaq ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında saziş bu gün Vaşinqtonda imzalanacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər