Türkiyə parlamentinin açılışının 94 illiyi, həmçinin 23 aprel Milli Suverenlik və Uşaqlar bayramı tədbirləri çərçivəsində baş nazir Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin binasında müəllim və şagirdləri qəbul edib.
Teleqraf.com-un məlumatına görə, ənənəvi olaraq 23 apreldə baş nazirin kürsüsündə uşaqlardan biri əyləşir. Bu dəfə Göker İnan adlı uşaq nazirin kreslosunda oturub. O, söhbət əsnasında Ərdoğana Tvitterdən istifadə etmirəm deyib.
Amma Nazirlər Kabinetinin pilləkənlərilə üzüaşağı düşərkən İnanın müəllimi müvazinətini saxlaya bilməyib və xanıç öyrətmən hər kəsin gözü qarşısında yıxılıb. Fotoqraflar isə müəllimənin pərt olmasını nəzərə almadan, onun yıxılmış vəziyyətdə şəkillərini çəkiblər.
Ayxan