28 İyun 2016 17:37
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iyulun 2-də saat 11:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşlar ilə görüşəcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Ağdaş, Göyçay, Yevlax, Ucar rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 1-i saat 11:00-dək 195 Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər