Bu gün Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin ofisində İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü olan hüquq müdafiəçiləri - Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Zəlihə Tahirova, Eldar Zeynalov və Əvəz Həsənov ölkədə insan hüquqları üzrə hazırki vəziyyəti müzakirə etmək üçün görüş keçirib.
Teleqraf.com xəbər verir ki, hüquq müdafiəçiləri iqtisadçı Natiq Cəfərlinin və digərlərinin həbsi ilə bağlı vəziyyəti müzakirə ediblər.
Görüş əsasında həbs olunanlar ilə bağlı vəziyyət təhil olunub, onların işləri ilə bağlı məlumatlar nəzərdən keçirilib.
Hüquq müdafiəçiləri həbs olunanların vəziyyətini diqqətdə saxlamaq üçün öz kolleqaları və beynəlxalq təşkilatlar arasında intensiv görüşlərin aparılmasını, həmçinin hüquq mühafizə orqanları ilə həbs olunanların işləri üzrə mütəmadi müzakirələrin aparılmasını planlaşdırıblar.
Cavad