27 İyun 2014 13:19
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda “İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilir.

Konfransda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövlətinin gənclər siyasətindən, milli lider Heydər Əliyevin gənclərlərlə bağlı ideyalarından, “İrəli” İctimai Birliyinin bu ideyaların həyata keçirilməsindəki rolundan danışıb və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bundan sonra təşkilatın sədrliyinə seçki keçirilib. Mirhəsən Seyidov növbəti iki il müddətinə “İrəli” İctimai Birliyinin sədri seçilib.

Qeyd edək ki, M.Seyidov indiyədək Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Azərbaycanda Avropa Hərəkatının İdarə Heyətinin üzvü vəzifəsini tuturdu.

Ruslan


Müəllif: