Milli Telelviya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin məhkmə prosesi ilə bağlı məsələyə münasibət bildirib.
N.Məhərrəmli Publika.az-ın sualına cavabında deyib ki, bu məsələ məhkəmə predimentidir: “Məhkəmə hansı qərarı çıxaracaqsa, biz də ona uyğun hərəkət edəcəyik”.
“ANS TV-nin tezliyi digər televiziya kanalına verilə bilərmi” sualına isə N.Məhərrəmli belə cavab verib: “Hazırda bu məsələ məhkəmə predimenti olduğu üçün, ona baxılmır. Bu məsələyə məhkəmənin son qərarından sonra baxıla bilər”.
N.Məhərrəmli ANS TV-nin tezliyinin “Günəş” TV-yə veriləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib: “Belə bir məsələ gündəmdə deyil. Hazırda “Günəş” TV öz tezliyində fəaliyyətini göstərir, digər tərəfdən isə “Günəş” TV regional televiziya kanalıdır. ANS TV-nin tezliyinin ona aidiyyəti yoxdur.”.
Yeni televiziya kanalının açılması barədə də danışan N.Məhərrəmli qeyd edib ki, belə bir məsələ gündəmdə deyil: “Bu barədə çox məlumat yayıla bilər, ancaq belə məsələ gündəmdə deyil”.
Vasif Həsənli