11 Oktyabr 2016 16:16
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri sürüşmə, subasma və digər təhlükələr olan sahələrdə monitorinq aparır”.

Bu barədə "Report"a nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

O bildirib ki, hazırda nazirliyin mütəxəssisləri ümumilikdə 70 obyektdə monitorinq aparır. Onlardan 14-ü Bakı-Abşeronda, 56-sı isə ölkənin digər ərazilərində yerləşir: “Həmin ərazilər təhlükəli, riskli sahələrdir və əsasən subasma sahələridir”.

Mütəxəssis deyib ki, monitorinqlər Lənkəran, Astara, Lerik, Şamaxı, İsmayıllı, Gədəbəy, Şəki, Mingəçevir, Daşkəsən, Goranboy, Tovuz və başqa rayonları əhatə edir. Monitorinqlərin nəticəsi oktyabrın sonunda açıqlanacaq.


Müəllif:

Oxşar xəbərlər